Səfir büdcə vəsaitinin mənimsənilməsində ittiham edilir


Dünya 16 Okt 2018 23:18:00 240 0

Səfir büdcə vəsaitinin mənimsənilməsində ittiham edilir

Qazaxıstanın Özbəkistandakı səfiri büdcə vəsaitlərinin mənimsəməkdə ittiham edilir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Qazaxıstanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosunun məlumatına görə, onun 140 milyon tenge (378 min dollar) mənimsədiyi bildirilir.

"Milli büro Qazaxıstanın Özbəkistandakı səfirini külli miqdarda büdcə vəsaitini mənimsəməkdə ifşa edib" - qurumun yaydığı məlumatda bildirilir.

Məlumatda bildirilir ki, diplomat vəzifə səlahiyyətindən sui-istifadə edərək, Qazaxıstanın Özbəkistandakı səfirliyinin inzibati binasının tikintisi zamanı həyata keçirilmiş işlər üçün saxta aktlara imza atıb. Onun qanunsuz əməli zamanı dəyən zərər 140 milyon təngədir.