Stresdən qurtulmaq üçün ağlayın


Digərləri 16 Okt 2018 23:05:00 243 0

Stresdən qurtulmaq üçün ağlayın

Yaponiyada çox sayda məktəb və şirkətlər şagirdləri və əməkdaşlarını stressdən azad olmaq və psixoloji sağlamlığını qorumaq üçün ağlamağa çağırıb.

Son.az oxu.az-a istinadən bildirir ki, xəbər verir ki, bununla bağlı "The Japan Times" nəşri məlumat yayıb.

Ekspertlərin fikrincə, şadlığın və ya kədərin göz yaşları insanda gərginliyi azaltmağa və əsəb sistemini sakitləşdirməyə yardım edir.

"Ağlama daimi stressdən qorunmaq üsuludur", - Nippon Tibb Universitetinin professoru Cunko Umixara deyib.

Qəzet yazır ki, Xidefumi Yeşida orta məktəbində beş ildən çoxdur ağlamaq üçün xüsusi dərslər keçirilir. Bu dərslərdə insanlara ağlamaqla stressdən azad olma üsulları göstərilir.