DTXnin rəsmi “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb FOTO


Digərləri 16 Okt 2018 22:57:00 340 0

DTXnin rəsmi “Facebook”, “Twitter” səhifələri və “Youtube” kanalı fəaliyyətə başlayıb  FOTO

Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunması ölkəmizdə uğurla həyata keçirilən və dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edən siyasətin prioritet istiqamətlərindəndir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) haqqında məlumatların və digər faydalı informasiyaların ilkin mənbədən əldə edilməsi imkanlarının genişləndirilməsi, həmçinin ictimai əlaqələrin qurulması işinin müasir dövrün tələblərinə uyğun daha təkmil səviyyədə təşkil olunması məqsədilə DTX-nin rəsmi "Facebook" və "Twitter" səhifələri, eləcə də "Youtube" kanalı fəaliyyətə başlayıb.

Son.az DTX-nin saytına istinadla xəbər verir ki, yeni yaradılmış səhifə və kanallar vasitəsilə Xidmətin tarixinə, əməliyyat-xidməti fəaliyyətinə, beynəlxalq əməkdaşlıq əlaqələrinə, eləcə də ictimaiyyətlə görüşlər üzrə keçirilən tədbirlərə dair və sair mövzularda müxtəlif səpkili maraqlı məlumatlar və foto-video materiallarla tanış olmaq mümkündür.


Xəbərə aid fotolar