Gürcülər azərbaycanlı qıza görə


Dünya 16 Okt 2018 22:34:00 263 0

Gürcülər azərbaycanlı qıza görə

Tbilisidə Gürcüstanın hökumət administrasiyasının binası qarşısında "Azərbaycanlı qızları müdafiə edin!" şüarı altında aksiya keçirilib.

Son.az "Report"a istinadən bildirir ki, Gürcüstanın Qadınlar Hərəkatı tərəfindən təşkil olunmuş aksiyada oktyabrın 12-də Saqareco bələdiyyəsinin Ləmbəli kəndində oğurlanmış 17 yaşlı azərbaycanlı qızın polis tərəfindən bu günə qədər tapılmamasına etiraz bildirilib.

Hərəkat üzvləri əllərində "Səbrimiz tükənib!", "Qadın zorakılığına son qoyulsun!" şüarları tutublar.

Qadınlar Hərəkatının üzvü Baya Pataraya jurnalistlərə bildirib ki, qız qaçırılması Gürcüstanın Azərbaycan icması arasında geniş yayılıb:

"Polis bu cür halları araşdırmır. Qız evə qayıdandan sonra onun öz istəyi ilə qaçırıldığı bildirilir. Polis ailələr arasında məsələnin həll olunmasını gözləyir. Qızı qaçıran şəxs 5 min lari məbləğində cərimələnir. İcma qız qaçırılmasını cinayət əməli hesab etmir. Azərbaycanlı qızlar etnik və gender diskriminasiyasına məruz qalırlar. Biz buna etiraz edirik. Polisi oğurlanmış qızın yerini tezliklə müəyyən etməyə çağırırıq".


Xəbərə aid fotolar