Miras bölünərkən böyük oğula hər hansı üstünük verilirmi?


Digərləri 16 Okt 2018 22:15:00 256 0

Miras bölünərkən böyük oğula hər hansı üstünük verilirmi?

Ata dünyasını dəyişdikdən sonra onun mirası bölünərkən böyük oğula hər hansı üstünük verilirmi?

Ata dünyasını dəyişdikdən sonra mirasını bölərkən oğullar arasında fərq qoyulmur. Bütün oğullar yaşından asılı olmayaraq bərabər miqdarda irs alırlar. Lakin mirasdan kənar bəzi şəxsi əşyalar atanın böyük oğluna çatır. Bunlara atanın Quranı, kitabları, üzüyü, qılıncı və digər silahları, paltarları və miniyinin yəhər-yüyəni aiddir. Ehtiyata görə, atanın miniyi də böyük oğula verilsə yaxşıdır. Böyük oğul bu əşyaları heç kimlə bölüşmək məcburiyyətində deyil. Bunlardan başqa bütün miras bərabər şəkildə övladlar arasında bölünür, oğulların hərəsinə 2 pay, qızların hərəsinə isə 1 pay verilir.