Aqil Abbasın sərt tənqidinə


Digərləri 16 Okt 2018 22:16:00 241 0

Aqil Abbasın sərt tənqidinə

Millət vəkili Aqil Abbas bu gün Milli Məclisdə çıxışı zamanı məktəb dərsliklərində problemlərlə bağlı bəzi iradlarını bildirib.

Son.az "Report"a istinadən bildirir ki, Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov millət vəkili Aqil Abbasın qeyd etdiyi fikirlərin heç bir məktəb dərsliyində yer almadığını bildirib:

"Ən təəssüfedici odur ki, millət vəkili dərsliklərlə bağlı ittihamları hər hansı araşdırma aparmadan irəli sürür. Bir daha bildirmək istərdik ki, dərslik tərtibatı çoxsaylı mərhələlərdən keçir. Dərslik layihələri çapdan öncə ən azı 6 ay ictimai müzakirəyə çıxarılır. Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Ancaq təəssüf ki, hörmətli yazıçımız Aqil Abbasın indiyədək ictimai müzakirəyə çıxarılan dərsliklərlə bağlı hər hansı təklifinə və iradına rast gəlməmişik".

"Təhsil Nazirliyi dərsliklərin keyfiyyətinin qüsursuz olmasında ən maraqlı tərəfdir və bu istiqamətdə peşəkarcasına edilən hər bir tənqid və iradın nəzərə alınması üçün əməkdaşlığa hazırdır", - o deyib.