Niyə İmam Hüseynə “Allahın qanı” deyirlər?


Digərləri 16 Okt 2018 22:20:00 248 0

Niyə İmam Hüseynə “Allahın qanı” deyirlər?

Əgər Aşura ziyarətinə nəzər salsaq, görərik ki, İmam Hüseyn (ə) Sarəllah və ibni Sarihi adlandırılır. Bunun səbəbi nədir?

Son.az deyerler.org-a istinadən bildirir ki, cavabında deyə bilərik ki, Allah Təbarəkə və Təala maddi deyildir və onun bədəni olmadığı üçün, qanı da ola bilməz. Bu ibarə sadəcə bir bənzətmədir.

Yəni, necə ki, qan insan bədəni üçün həyati əhəmiyyət daşıyır, onun həyatını və ölümünü müəyyən edir, İmam Əli (ə) və oğlu İmam Hüseyn (ə) də dinimiz üçün bu cür əhəmiyyətə malikdirlər. Əgər Əli (ə) olmasaydı, İslam olmazdı. Əgər Hüseyn (ə) olmasaydı, Əhli-Beyt (ə) məktəbi qalmazdı.

Ancaq İmam Hüseyn (ə) bu xüsusiyyətə malikdir. Atası Əli (ə) Sarəllah olsa da, ibni Sarihi deyildir. O zamana qədər ki, İmam Hüseynin (ə) eşqi qəlblərdə və adı dillərdədir, Allah unudulmaz və yada salınar.

İmam (ə) bütün hər şeyini Allah yolunda fəda etdi. Zamanın riyakarlarının xar və zəlil simasını aşkar etdi. Üzlərindəki çirkin niqabı çıxartdı və nəbəvi İslamını insanlara tanıtdı. Ona görə də onun adı unudulmayınca, Allah da unudulmayacaqdır və daima dillərdə zikr olunacaqdır.