Tramp daha bir ölkəyə xəbərdarlıq etdi


Dünya 16 Okt 2018 22:06:00 178 0

Tramp daha bir ölkəyə xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp Hondurasa xəbərdarlıq edib.

Son.az oxu.az-a istinadən bildirir ki, o özünün " Twitter" səhifəsində yazıb ki, qanunsuz miqrantlar problemi üzündən Vaşinqton Hondurasa maliyyə yardımını dayandıra bilər.

"ABŞ Honduras prezidentinə qətiyyətlə bildirir ki, əgər ABŞ-a doğru hərəkət edən insan karvanı dayanmasa və geri qaytarılmasa, dərhal Hondurası maliyyə və digər yardımından məhrum edəcəyik", - deyə o vurğulayıb.