Aşuranın Ərbəini


Digərləri 16 Okt 2018 21:50:00 256 0

Aşuranın Ərbəini

İslam maarifində 40 rəqəminin xüsusi mənası vardır. Hacətə çatmaq üçün 40 gün dua oxumaq, Allah yolunun yolçularının 40 günlük suluk əməlləri, 40 hədisi əzbərləmək, 40 sübh çağı ixlasa malik olmaq, 40 yaşında ağlın kamala çatması, 40 mömin üçün dua etmək, 40 cümə gecəsi edilən dualar və bu kimi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Aşura mədəniyyətində isə 40 rəqəmi İmamın (ə) şəhadətinin 40-cı gününə aid edilir. Yəni, Səfər ayının 20-si - İmam Hüseynin (ə) Ərbəin günüdür. Bu günü əziz tutmaq - Aşurada şəhid olanları əziz tutmağa bərabərdir. Bu günü sədəqə verir, xeyir məclisləri təşkil edirlər. Bu əzəmətli gündə Əhli-Beyt (ə) davamçıları İmam Hüseyn (ə) hərəmini ayaqyalın şəkildə ziyarət edir və yürüş təşkil edirlər ki, Nəcəf şəhərindən başlayıb Kərbəlaya qədər davam edir.

Tarixin nəql etdiyinə görə, bu günü ilk qeyd edən şəxs Cabir ibn Abdullah olmuşdur. Həmin günü Kərbəla əsirləri Mədinəyə qayıdan zaman Kərbəladan keçirlər. Orada Cabiri görürlər.