Tibbi cihazların içlikləri xarici dildədir


Digərləri 16 Okt 2018 21:31:00 253 0

Tibbi cihazların içlikləri xarici dildədir

Azərbaycanda əksər tibbi cihazların içlikləri, təlimatları istehsal edildiyi ölkənin dilinə uyğun olur. Bu isə həmin dili bilməyənlər üçün çətinliklər yaradır. Bəs təlimatlar niyə öz dilimizə tərcümə edilmir?

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəkərli diabet və təzyiq problemi olan vətəndaşlar evlərində fərdi olaraq müxtəlif vasitələrdən istifadə edirlər. Müşahidələr onu göstərir ki, istər elektron, istərsə də mexaniki təzyiq və şəkərölçən vasitələrin içlikləri xarici dildədir. Daha çox rus, ingilis dilində olan təlimatlara rast gəlinir.

Təlimatda cihazdan istifadə qaydaları ətraflı şəkildə izah edilir. Amma xarici dil bilgisi zəif olanlar həmin tibbi vasitədən düzgün istifadə edə bilmirlər. Ona görə də vətəndaşlar dərmanlarda olduğu kimi geniş yayılmış xəstəliklərin dərəcəsini yoxlamağa imkan verən cihazların təlimatlarının ana dilində olmasını istəyirlər.


Xəbərə aid video