Azərbaycanda sürüşmə zonalarında aktivlik var VİDEO


Digərləri 16 Okt 2018 21:32:00 304 0

Azərbaycanda sürüşmə zonalarında aktivlik var  VİDEO

Ölkə ərazisindəki sürüşmə zonalarında aktivlik var.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib ki, son günlər yağan intensiv yağışlar ölkə ərazisinidəki sürüşmə zonalarını aktivləşdirib. Hazırda Badamdardan başqa paytaxat və ətraf ərazilərdə əsas aktiv sürüşmə zonaları Abşeronda yerləşir.

Ölkə ərazisində isə ən aktiv zona Şamaxı-İsmayıllıda yerləşir. Bölgə tektonik cəhətdən müərəkkəbdir və süxurlar tezdoyma qabiliyyətinə malik olduğundan burada sürüşmələr tez-tez baş verir.

Bakı-Şamaxı yolunun 106-111-ci kilometrliyi, Bakı-Ağsu yolunun 136-cı kilometrliyi və Lənkəran-Lerik yolunun 27-ci və 47-ci kilometrliklərində də uçqun tipli sürüşmə prosesləri gedir.


Xəbərə aid video