Allah Təala İmam Hüseyni vəhyin gözətçisi təyin etdi


Digərləri 16 Okt 2018 21:20:00 277 0

Allah Təala İmam Hüseyni vəhyin gözətçisi təyin etdi

Əgər Aşura hadisəsi olmasaydı bu gün İslam dinindən əsər qalmazdı. Bu cümlə həqiqətdir ki, o din ki, Muhəmməd (s) Allah tərəfindən gətirmişdi, İmam Hüseynin (ə) fədakarlığı nəticəsində davamlı və cavidan oldu.

Son.az deyerler.org-a istinadən bildirir ki, Allah Təala Qüdsi hədisdə Həzrət Peyğəmbərə (s) belə xitab edir: "Ey Muhəmməd (s)! Mən Hüseyni (ə) vəhyin gözətçisi qərar vermişəm. Onu şəhadətlə əziz və dəyərli etmişəm".

"Əhzab" surəsinin 33-cü ayəsində Allah Təala buyurur: "Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi - paklığın bütün cəhətlərində - pak etmək istəyir".

Əhli-təsənnün alimləri yazır: "İslam ümməti bu əqidədədir ki, bu ayə Peyğəmbərin (s), Həzrət Fatimənin (s.ə), İmam Əlinin (ə), İmam Həsənin (ə) və İmam Hüseynin (ə) şənində nazil olmuşdur".

Ümmi Sələmə nəql edir: "Bu ayə mənim evimdə Peyğəmbərə (s) nazil olmuşdu. Peyğəmbər (s) də onun Əliyə (ə), Fatiməyə (s.ə), Həsənə (ə) və Hüseynə (ə) aid olduğunu söyləmişdi. Mən soruşdum ki, bəs mən də onlardan biriyəm? Buyurdu: "Sən - xeyir yolunda və özünün xüsusi məqamında qərar tutursan. Ancaq Əhli-beytdən (ə) deyilsən".