Qubada istifadəsiz quyudan neft çıxır VİDEO


Digərləri 16 Okt 2018 21:21:00 228 0

Qubada istifadəsiz quyudan neft çıxır  VİDEO

Qubanın Talabı kəndində neft quyusu yenidən aktivləşib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər bildirirlər ki, bir il əvvəl aidiyyəti qurumların nümayəndələri ərazidə olub və müvafiq araşdırmadan sonra quyunun ağzını betonlayıblar. Amma görünür təziq artıb və sızma olduğu üçün ərazidə neft gölməçəsi yaranıb.

Neft quyusu 1975-ci ildə aktiv olub, sonra 1977-ci ildə isə quyunun ağzını bağlayıblar. 2017-ci ildə isə burdan neft çıxdığına görə Neft şirkətinin əməkdaşları texnika vasitəsilə baxış keçiriblər və nəticədə quyunun ağzını bağlayıblar.