Şəhid ailələrinə ödəniləcək vəsaitlə bağlı problem var


Digərləri 16 Okt 2018 21:18:00 247 0

Şəhid ailələrinə ödəniləcək vəsaitlə bağlı problem var

Milli Məclisin növbəti plenar iclası keçirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bugünkü iclas şəhid ailələrinə verilməsi nəzərdə tutulan 11 min manatlıq ödənişin icrasında yaranan problemlərin müzakirəsi ilə başlayıb.

Millət vəkili Fazil Mustafa şəhid olan şəxsə görə sığorta pulunun daha öncədən ödənildiyi iddiasının sübut olunmasının vətəndaşa həvalə edilməsinin qəbuledilməz olduğunu deyib. O, bu iddia nəticəsində çoxlu sayda insanın dövlət başçısının imzaladığı fərmandan kənarda qaldığına diqqət çəkib.

Məsələ ilə bağlı danışan millət vəkili Zahid Oruc isə bildirib ki, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 4800 şəhid ailəsinə 11 min manatlıq ödənişin verilməsindən imtina cavabı verilib. Deputat, nazirlik və sığorta qurumu arasında yaranan hansısa problemlərə görə şəhid ailələrinin əziyyət çəkməməli olduğunu deyib.

Şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsində yaranan problemlərə münasibət bildirən Siyavuş Novruzov məsələnin mənəvi tərəfinə də ciddi yanaşılmalı olduğuna diqqət çəkib.