Zaqatalada yırtıcı heyvan həyətə girərək ev sahibinə xəsarət yetirib


Digərləri 16 Okt 2018 20:08:00 240 0

Zaqatalada yırtıcı heyvan həyətə girərək ev sahibinə xəsarət yetirib

Zaqatala rayonunda yırtıcı heyvan həyətə girərək ev sahibinə xəsarət yetirib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndi ərazisində baş verib.

Belə ki, gecə saatlarında kənd sakini, 1973-cü il təvəllüdlü Çingiz Tanrıqulu oğlu Əhmədovun yaşadığı evin həyətinə çaqqal girib. ev sahibi çaqqalı həyətdən qovan zaman yırtıcı ona hücum edərək onun bədəninin yuxarı ətrafını və barmaqlarını dişləyərək çeynəyib.