Dmitri Medvedev: “Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib”


Dünya 16 Okt 2018 19:56:00 294 0

Dmitri Medvedev: “Ötən il Rusiyaya kiberhücumlardan 9 milyard dollardan artıq ziyan dəyib”

"Ötən il Rusiyaya kiberhücumlardan 600 mlrd. rubl (təxminən, 9,2 mlrd. dollar) ziyan dəyib".

Son.az report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Dmitri Medvedev Moskvada keçirilən "İnnovasiya açılışı -2018" adlı beynəlxalq forumda bildirib.

Hökumət başçısı qeyd edib ki, ekspertlərin hesablamalarına görə, 2017-ci ildə kiberhücumlar dünya iqtisadiyyatına 1 trln. dollar məbləğində ziyan vurub. Bunun isə bir hissəsi Rusiyanın payına düşüb.