IDEA “Eko-skaut” layihəsi uğurla davam edir


Digərləri 16 Okt 2018 19:55:38 236 0

IDEA “Eko-skaut” layihəsi uğurla davam edir

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənc təbiətsevərlərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.

Bakı. IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənc təbiətsevərlərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir. IDEA İctimai Birliyindən Trend-ə verilən məlumata görə, qısa müddət ərzində sayları 160-a çatan IDEA eko-skautlarının aktiv üzvlərinin iştirakı ilə oktyabrın 13-də Park Bulvar Ticarət Mərkəzində “Tullantıdan incəsənətə” sərgisi keçirilib. Sərginin təşkil edilməsində məqsəd tullantıların düzgün idarə edilməsinə töhfə vermək, istifadəyə yararsız əşyalara təkraristifadə yolu ilə ikinci həyat vermək, tullantıların azaldılmasını kiçik yaşlardan təbliğ etmək və uşaqların asudə vaxtlarının səmərəli istifadəsini təşkil etməkdən ibarətdir. 30-dan çox əl işinin nümayiş edildiyi birgünlük sərgidə plastik qablardan, yumurta qabıqlarından, yararsız və köhnə qəzetlərdən, parça kəsiklərindən, düymələrdən və digər tullantı məhsullarından istifadə edilərək hazırlanmış kiçik sənət nümunələri nümayiş edilib. Eko-skautlar sərgiyə baxmaq üçün yaxınlaşan və əlişlərinə maraq göstərən hər kəsə ətraf mühitin mühafizəsi naminə təkraristifadə və tullantıların azaldılması prinsiplərinin önəmindən bəhs ediblər.