Donald Tramp yenidən prezident seçilmək üçün


Dünya 16 Okt 2018 19:48:00 187 0

Donald Tramp yenidən prezident seçilmək üçün

ABŞ Prezidenti Donald Tramp 2020-ci ildə yenidən bu posta seçilmək üçün cari ilin iyul-avqust aylarında 18 milyon dollar toplayıb.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə Federal Seçki Komissiyası məlumat yayıb.

Seçkinin keçirilməsi kampaniyası üzrə Komitə Respublikaçılar Partiyasının Milli Komitəsi ilə birlikdə, ümumilikdə, 106 milyon dollardan çox maliyyə vəsaiti toplayıb. İanəçilərin 98 faizi D.Trampa 200 dollardan çox pul veriblər.