Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb


Digərləri 16 Okt 2018 19:34:00 223 0

Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb

Yeni yaradılmış səhifə və kanallar vasitəsilə müxtəlif səpkili maraq doğuran məlumatlar və foto-video materiallarla tanış olmaq mümkündür.

Bakı. Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunması ölkəmizdə uğurla həyata keçirilən və dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edən siyasətin prioritet istiqamətlərindəndir. Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) Trend-ə verilən məlumata görə, DTX haqqında məlumatların və digər faydalı informasiyaların ilkin mənbədən əldə edilməsi imkanlarının genişləndirilməsi, həmçinin ictimai əlaqələrin qurulması işinin müasir dövrün tələblərinə uyğun daha təkmil səviyyədə təşkil olunması məqsədilə DTX-nin rəsmi “facebook” səhifəsi, “twitter” və “youtube” kanalları fəaliyyətə başlayıb. Yeni yaradılmış səhifə və kanallar vasitəsilə DTX-nin tarixinə, əməliyyat-xidməti fəaliyyətinə, beynəlxalq əməkdaşlıq əlaqələrinə, eləcə də ictimaiyyətlə görüşlər üzrə keçirilən tədbirlərinə dair və sair mövzularda müxtəlif səpkili maraq doğuran məlumatlar və foto-video materiallarla tanış olmaq mümkündür.