Bu ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb


Digərləri 16 Okt 2018 19:18:00 233 0

Bu ilin doqquz ayı üzrə dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16089,7 mln. manat, xərcləri 15666,0 mln. manat olmuş, 423,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

Bakı. 2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 16089,7 mln. manat, xərcləri 15666,0 mln. manat olmuş, 423,7 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb. Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin doqquz ayında dövlət büdcəsinin mədaxili 15887,5 mln. manat proqnoza qarşı 16089,7 mln. manat və ya 1,3 faiz çox icra olmuşdur ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4044,6 mln. manat və ya 33,6 faiz çoxdur. Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən mədaxil proqnozu 100,1 faiz icra edilməklə dövlət büdcəsinə 5305,7 mln. manat vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 80,9 manat və ya 1,5 faiz çoxdur. Həmin vəsaitin 65,8 faizi və ya 3491,2 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. 2018-ci ilin doqquz ayında Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi proqnoza 108,3 faiz əməl edərək dövlət büdcəsinə 2600,4 mln. manat vəsait təmin etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 648,8 mln. manat və ya 33,2 faiz çoxdur. Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 321,5 mln. manat təşkil etmişdir ki, bu da 2017-ci ilin eyni dövrü ilə müqayisədə 74,8 mln. manat və 30,3 faiz çoxdur. Sair daxilolmalar üzrə büdcəyə 74,1 mln. manat vəsait daxil olmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7788,0 mln. manat vəsait transfert edilmişdir. 2018-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin mədaxili üzrə 6274,4 mln. manat vəsait daxil olmuşdur.