Əhali xarab ət yeyir, cəsədlər morqlarda çürüyür


Dünya 16 Okt 2018 19:16:00 229 0

Əhali xarab ət yeyir, cəsədlər morqlarda çürüyür

Dünyanın ən böyük neft ehtiyatına sahib ölkəsi Venesuelada milyonlarla insan elektrik enerjisindəki kəsintilər səbəbindən çətin günlər yaşayır.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, BBC müxbiri Vladimir Hernandez reportajında xalqın bu səbəbdən yemək üçün təzə ət tapmaqda necə çətinlik çəkdiyini əks etdirib. 

Bazarlarda xarab ətlər satılır, satıcılar isə ucuz olduqları üçün əhalinin almaqdan başqa çarəsi olmadığını deyir. Qeyd edilir ki, ölkədə bir kilo ət minimum əmək haqqının üçdə birinə, çürük ət isə yüzdə birinə bərabərdir. 

"Gündə 10 dəfə elektriklər kəsilir, bəzən isə 4 saat işıq verilmir. Bu səbəbdən də ətlər xarab olur" deyə satıcılardan biri gileylənir.