BDU-da universitetdaxili qrant proqramının qalibləri ilə görüş olub (FOTO)


Digərləri 16 Okt 2018 19:12:00 307 0

BDU-da universitetdaxili qrant proqramının qalibləri ilə görüş olub (FOTO)

Bakı Dövlət Universitetində (BDU) universitetdaxili "50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri ilə görüş keçirilib.

Bakı. Bakı Dövlət Universitetində (BDU) universitetdaxili "50+50” qrant proqramının növbəti mərhələsinin qalibləri ilə görüş keçirilib. BDU-dan Trend-ə verilən məlumata görə, universitetin Elmi-Tədqiqat Hissəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən rektor, akademik Abel Məhərrəmov elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi və səmərəliliyinin artırılması, alınmış nəticələrin beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən nüfüzlu jurnallarda dərc edilməsi, xüsusilə gənclərin elmi fəaliyyətə cəlb edilməsi məqsədi ilə bir sıra işlərin görüldüyünü, “50+50” qrant proqramının da bu qəbildən olduğunu bildirib. Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə 2018-2019-cu illəri əhatə edən 50+50 qrant proqramı müsabiqəsində 89 nəfərin iştirak etdiyini, onlardan 75 nəfərə 2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin iyun ayının 30-dək, 9 ay müddətinə fərdi qrantlar ayrıldığını bildirib.