Nura ilə Tünzalə qalmaqalı yenidən alovlandı: "Utansaydı barı"


Şou-biznes 16 Okt 2018 19:08:00 293 0

Nura ilə Tünzalə qalmaqalı yenidən alovlandı: "Utansaydı barı"

Əməkdar artist Tünzalə Ağayeva ilə müğənni Nura Suri arasındakı qalmaqal yenidən alovlanıb. 

Son.az axşam.az-a istinadən xəbər verir ki,  Ağayevanın küsülü həmkarları ilə barışmayacağı haqda "ATV maqazin onlarla"ya verdiyi açıqlama Nuranı əsəbiləşdirib. Nura bu haqda sosial şəbəkədə paylaşılan yazının altından qalmaqallı sözlər yazıb:

"İnsan niyə özünü hamıdan üstün görsün ki? Bu nə kopleksdir? Nə qədər bu insanın adı qalmaqallarda hallandı, utansaydı barı. Əri nələr dedi, qalanlari bir kənara". Qeyd edək ki, Nuranın "ATV maqazin onlarla" verilişində dediyi "Özünü hər kəsdən üstün görür" sözləri qarşı tərəfin xoşuna gəlməmişdi. T.Ağayeva isə cavabında Nuranı tənqid edib, onu müğənni hesab etmədiyini söyləyib.