Azərbaycanda mobil operatorlar 9 ayda 646 milyon manat gəlir əldə edib


Digərləri 16 Okt 2018 18:44:00 250 0

Azərbaycanda mobil operatorlar 9 ayda 646 milyon manat gəlir əldə edib

2018-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 357,2 milyon manatlıq xidmət göstərib.

Son.az Trend-ə istinadən xəbər verir ki, göstərilən xidmətin 72,5 faizi əhali tərəfindən istehlak olunub.

2017-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 7,7 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.