"Rabitəbank"a saxta dollar verən əcnəbilərin məhkəməsi başladı


Digərləri 16 Okt 2018 18:12:00 220 0

"Rabitəbank"a saxta dollar verən əcnəbilərin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirləndirilən xarici ölkə vətəndaşları - 1988-ci il təvəllüdlü Zhejanq Zin, 1963-cü il təvəllüdlü Meng Lin Çen və Rusiya Federasiyası Dağıstan Respublikasının vətəndaşı, 1966-cı il təvəllüdlü Rəsulov Məhəmmədrəsul Muxtaroviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Onlar məhkəməyə səfirlik nümayəndələrinin dəvət olunmasını və prosesin həmin şəxslərin izləməsi ilə keçirilməsini istəyiblər.

Prosesdə ifadə verən şahid, "Rabitə Bank"ın Yasamal filialının əməkdaşı Elvin Binyətov deyib ki, hadisə zamanı ilk əvvəl həmin şəxslərdən Məhəmmədrəsul Rəsulov banka yaxınlaşaraq ona ABŞ dolları veib: "Digər şəxslər isə ondan əvvəl banka daxil olub, sonra çölə çıxmışdı. Kassada pullar yoxlanılan zaman saxta olduğu məlum oldu. Biz də akt tərtib edib aidiyyəti quruma məlumat verdik".