"Neftin qiyməti 90 dollaradək artacaq"


Dünya 16 Okt 2018 18:04:00 226 0

"Neftin qiyməti 90 dollaradək artacaq"

Səudiyyə Ərəbistanında neft hasilatının gözlənilən azalması ucbatından neftin qiyməti orta perspektivdə qalxa bilər.

Son.az xəbər verir ki, bunu report-a rusiyalı ekspert, Moskvadakı SKOLKOVO İdarəçilik Məktəbinin Energetika Mərkəzinin mütəxəssisi Yekaterina Qruşevenko deyib.

Onun fikrincə, əslində, hasilatın azalmasını bəzi mühüm amillər əngəlləyir: "Birincisi, iyun ayındakı OPEC+ razılaşmaları çərçivəsində Səudiyyə Ərəbistanı tərəfi Venesuela, İran, Meksika və Anqolada azalan neft tədarükünün yerini doldurmaq öhdəliyi götürüb. İkincisi, uzunmüddətli perspektivdə qiymət artımı tələbatın azalmasına səbəb olacaq ki, bu da Səudiyyə Ərəbistanına qətiyyən sərf etmir".

Qiymətlərin sabitləşməsi məsələsinə toxunan ekspert bildirib ki, təmsil etdiyi SKOLKOVO-nun nəzdindəki Energetika Mərkəzinin rəyinə əsasən, 2018-ci ildə neftin bir barelinin orta illik qiymətinin 70-72 ABŞ dolları səviyyəsində olacaq.