Heydər Əliyev Fondu SanktPeterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb


Digərləri 16 Okt 2018 18:05:00 272 0

Heydər Əliyev Fondu SanktPeterburq şəhərindəki Nizami Gəncəvi bağında bərpa işləri aparıb

Heydər Əliyev Fondu Rusiyanın Sankt-Peterburq şəhərində XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın ərazisində yerli şəhər administrasiyası ilə birgə yenidənqurma və abadlaşma işləri aparıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Fonddan məlumat verilib.

Qeyd edək ki, şəhərin sərt iqlim şəraiti şairin əsərlərindən fraqmentlərin təsvir olunduğu pannolara və şairin abidəsinə öz təsirini göstərmişdi. Bərpa işləri zamanı pannoların üzərində zəruri işlər aparılıb, qızıl suyu ilə yazılar və abidə bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.


Xəbərə aid fotolar