MasterCard Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb


Digərləri 16 Okt 2018 17:46:48 267 0

MasterCard Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb

MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb.

Bakı. MasterCard beynəlxalq ödəniş sistemi Azərbaycan Beynəlxalq Bankını mükafatlandırıb. Azərbaycan Beynəlxalq Bankından Trend-ə verilən məlumata görə, bank debit MasterCard kartlarının sayını nisbət olaraq artıran bank nominasiyasında lider olub. Azərbaycan Beynəlxalq Bankı hazırda ən çox sayda beynəlxalq ödəniş sistemləri ilə əməkdaşlıq edən Azərbaycan bankıdır. MasterCard, VISA, American Express, Union Pay, Diners Club, JCB kimi beynəlxalq ödəniş sistemləri ilə gerçəkləşdirdiyi müştərək layihələr sayəsində bank müştərilərinə dünyanın hər bir yerində faydalana biləcəkləri geniş çeşidli kart məhsulları və özəl üstünlüklər təqdim edir.