Azərbaycanda mobil operatorlar 9 ayda 646 milyon manat gəlir əldə edib


Digərləri 16 Okt 2018 17:32:00 192 0

Azərbaycanda mobil operatorlar 9 ayda 646 milyon manat gəlir əldə edib

2018-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 357,2 milyon manatlıq xidmət göstərib.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-sentyabr ayları ərzində informasiya və rabitə müəssisələri 1 milyard 357,2 milyon manatlıq xidmət göstərib. Trend-in məlumatına görə, göstərilən xidmətin 72,5 faizi əhali tərəfindən istehlak olunub.