Narkoloji Mərkəzdəki yanğınla bağlı şahidlər məhkəməyə MƏCBURİ gətiriləcək


Digərləri 16 Okt 2018 17:16:00 220 0

Narkoloji Mərkəzdəki yanğınla bağlı şahidlər məhkəməyə MƏCBURİ gətiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam edib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində Respublika Narkoloji Mərkəzində baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam edib. Trend-in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Telman Məmmədhəsənov və Mahir Abdullayevə ifadə vermək təklif olunsa da, təqsirləndirilən şəxslər ifadə verməyə hazır olmadıqlarını bildiriblər. Prosesdə bildirilib ki, məhkəməyə şahid qismində çağırılan şəxslər prosesə gəlməyiblər. Hakim şahidlər barəsində məcburi gətirilmə qərarı qəbul edib. Məhkəmə prosesi oktyabrın 19-da davam edəcək. Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.