Füzulidə həyətyanı sahədə 3 top mərmisi tapılıb (FOTO)


Digərləri 16 Okt 2018 16:52:00 245 0

Füzulidə həyətyanı sahədə 3 top mərmisi tapılıb (FOTO)

Füzulinin Aşağı Kürdmahmudlu kəndi ərazisində 3 ədəd top mərmisi (OR-281U) aşkar olunub.

Bakı. Füzulinin Aşağı Kürdmahmudlu kəndi ərazisində 3 ədəd top mərmisi (OR-281U) aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 12:02-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 12:25-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.