Azərbaycanda 169 əcnəbi saxlanılıb (FOTO/VİDEO)


Digərləri 16 Okt 2018 16:42:00 261 0

Azərbaycanda 169 əcnəbi saxlanılıb (FOTO/VİDEO)

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 nəfər əcnəbi saxlanılıb.

Bakı. Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 169 nəfər əcnəbi saxlanılıb. DMX-dən Trend-ə verilən məlumata görə, onlardan 8 nəfər Pakistan, 1 nəfər Hindistan və 1 nəfər İraq vətəndaşı Dövlət Təhlükəsizlik Xidməti (DTX), 4 nəfər Pakistan vətəndaşı isə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən keçirilmiş birgə tədbirlər zamanı saxlanılıb. Saxlanılmış 11 nəfərin Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları və digər 158 nəfərin ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.