Arif Paşayev: Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub (FOTO)


Digərləri 16 Okt 2018 16:31:00 306 0

Arif Paşayev: Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub (FOTO)

Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub.

Bakı. Hüseyn Vəliyev - Azərbaycan dünyanın azsaylı kosmik ölkələri sırasına daxil olub. Trend-in məlumatına görə, bunu “CanSat Azerbaijan” müsabiqəsinin qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir zamanı Milli Aviasiya Akademiyasının rektoru, Kosmik Məsələlər üzrə Şuranın sədri, akademik Arif Paşayev deyib. Qonaqları salamlayan A.Paşayev müsabiqə barədə danışaraq qeyd edib ki, bu müsabiqənin keçirilməsi fikri Təhsil Nazirliyi və “Azərkosmos” ASC-yə aiddir: “CanSat Azerbaijan” müsabiqəsində ölkənin 11 universitetindən 200-ə yaxın tələbə iştirak edib. Onlardan 66 nəfəri müsabiqənin finalçısı olub. Bu müsabiqədə uduzan yoxdur, çünki iştirakçılar həm mühəndis, həm də proqramçı kimi böyük təcrübə qazanıblar. Mən bütün finalçılara yeni qələbələr arzu edirəm”. A.Paşayevin sözlərinə görə, müsabiqənin keçirilməsində münsiflər heyətinin böyük əməyi var. Bu heyətə ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev rəhbərlik edib. Tədbir zamanı R.Saqdeyev “CanSat Azerbaijan” müsabiqəsinin Azərbaycanın orta tədris müəssisələri arasında da keçirilməsini təklif edib: