Bu il bərpa-müalicə müəssisələrində 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib


Digərləri 16 Okt 2018 16:02:00 359 0

Bu il bərpa-müalicə müəssisələrində 9083 nəfərə reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 5870 reabilitasiya vasitəsi verilib

Bakı. 2018-ci ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində 9083 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin şəxslərə nazirliyin bərpa mərkəzlərində və müalicə pansionatında stasionar və ambulator şəraitdə xidmətlər göstərilib, fizioterapevtik müalicə üsullarını əhatə edən kompleks bərpa-müalicə tədbirləri həyata keçirilib.