Döyüş əfsanələrinin növbəti dayanacağı Bakı olacaq


İdman 16 Okt 2018 15:45:00 273 0

Döyüş əfsanələrinin növbəti dayanacağı Bakı olacaq

Xəbər verdiyimiz kimi 12-14 noyabr 2018-ci il tarixində Rusiyanın Moskva şəhərində Döyüş Sənətləri üzrə “ I Beynəlxalq Budo Festifalı” keçirilmişdir. Goal.az-ın məlumatın görə Rusiyada ilk dəfə təşkil olunan və 21 ölkənin iştirak etdiyi bu beynəlxalq Budo Festivalında aykido ustası, döyüşçü aktyor, “böyük ustad” Stiven Siqal və Vinq Çun üzrə qrandmaster, canlı əfsanə Samuel Kvok iştirak etmişdir. Festivalda Vinq Çun və aikido üzrə seminarlar baş tutub. Ölkəmizi 3 gün davam edən bu Festivalda Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyası 5 idmançı ilə layiqincə təmsil edib. Müxtəlif ölkələrin döyüş ustadlarının qatıldığı bu seminarda Azərbaycanlı “Vinq Çun ustası” Asif Sayadovun keçdiyi master klası iştirakçılarda böyük maraq oyatmışdır.

"Məqsədim ölkəmizi layiqincə tanıtmaq və Vinq Çun döyüş sənətinin ölkəmizdə də yüksək səviyyədə inkişaf etdiyini nümayiş etdirmək idi və buna da nail olduğumuzu düşünürəm. Məhşur böyük ustad Stiven Siqalın seminarda dəfələrlə mənə yaxınlaşıb “sənin ustalığın məni valeh edir ” deməsi çəkdiyimiz əziyyətin yerdə qalmadığını göstərir. Həm Stiven Siqalın, həmdə Samuel Kvokun 3 gün ərzində verdiyi master klasda məni özlərinə partnyor seçmələri, nümayiş etdirdiyi fəndləri mənim üzərimdə tətbiq etmələri də işimizin peşəkarlığından xəbər verir" - Asif Sayadov qeyd edib. 

Festivaldan sonra Asif Sayadov “Ustadlar”la yenidən bir araya gələrək bu festivalın ölkəmizdə də keçirilməsi barədə razılıq əldə etdiyini də vurğulayıb.  Beləliklə 22-27 noyabr 2018-ci il tarixində Azərbaycanda Vinq Çun üzrə Qrandmaster Samuel Kvok tərəfindən baş tutacaq beynəlxalq seminarda böyük ustad Stiven Siqalın da iştirakı nəzərdə tutulur

Qarşıdakı planlardan da söhbət açan federasiyanın prezidenti əlavə edib ki, artıq dünya Vinq Çun təşkilatları ilə sıx əlaqələrin qurulub.  Belə ki, federasiyanın milli yığmasının dekabr ayında Çində və aprel ayında isə Rusiyada Vinq Çun üzrə dünya çempionatlarında iştirakı planlaşdırılır.