Ekspert: Ermənistan Rusiyanın geosiyasi maraqlarına hörmət etmədiyini nümayiş etdirir


Digərləri 16 Okt 2018 15:31:00 221 0

Ekspert: Ermənistan Rusiyanın geosiyasi maraqlarına hörmət etmədiyini nümayiş etdirir

Ermənistan Rusiyanın geosiyasi maraqlarına hörmət etmədiyini nümayiş etdirir

Bakı. Samir Əli - İrəvandakı Frankofoniya sammitinin yekun bəyanatında Ukraynanın ərazi bütövlüyünün tanınması, sammit çərçivəsində Ermənistan prezidentinin Kosova rəhbəri ilə xüsusi görüşü və Serbiya prezidentinin sammitə gəlməkdən imtinası mahiyyətcə bir-birini tamamlayan hadisələrdir. Ermənistanın indiki rəhbərliyinin aprel ayından başlayaraq Rusiyanın siyasi maraqlarına xəyanətkar kursunun davam etdirildiyi göz qabağındadır. Bunu Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. A.Quliyev qeyd edib ki, Ermənistan beynəlxalq hüququn ərazi bütövlüyü prinsipinə ikili standartla və özünün təcavüzkar siyasətinə uyğun selektiv qaydada yanaşdığını bir daha nümayiş etdirdi: "Ermənistan Kosova rəhbərliyi ilə görüşlə Serbiyanın ərazi bütövlüyünə və tarixi müttəfiqi saydığı Rusiyanın geosiyasi maraqlarına hörmət etmədiyini də nümayiş etdirir, eyni zamanda Rusiyanın mənafelərinə arxadan zərbə vurur. Ukraynanın ərazi bütövlüyünə Ermənistanın dəstəyi beynəlxalq hüququn bu mühüm normasına hörmət əlaməti yox, Rusiyanın əleyhinə getmək və Qərbin müəyyən mərkəzlərinin siyasətini həyata keçirmək cəhdidir. Ermənistanın indiki rəhbərliyi beynəlxalq əzazi bütövlüyü prinsipinə birmənalı hörmət etsəydi, Azərbaycana təcavüzdən imtina edər, işğal edilmiş torpaqlarımızı qaytarar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edərdi".