Təhsil naziri gənclərin texniki ixtisaslara artan marağından danışdı


Digərləri 16 Okt 2018 15:27:00 225 0

Təhsil naziri gənclərin texniki ixtisaslara artan marağından danışdı

Son 5 il ərzində texniki və texnoloji ixtisaslarının daxil olduğu I ixtisas qrupu üzrə 600-dən çox bal toplayanların sayında 81 faiz artım olub.

Bakı. İlhamə İsabalayeva - Son 5 il ərzində texniki və texnoloji ixtisasların daxil olduğu I ixtisas qrupu üzrə 600-dən çox bal toplayanların sayında 81 faiz artım olub. Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazirin sözlərinə görə, ötən müddətdə bu qrupda bal göstəricisi 39 faiz artıb. Builki qəbul kampaniyasında maksimum 100 faiz nəticə göstərən 29 abituriyentin 13-ü məhz I qrupu seçib.