Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı


Digərləri 16 Okt 2018 15:20:00 218 0

Rusiyadan Azərbaycana balıq konservlərinin tədarükü dayandırıldı

Rusiyanın Kalininqrad vilayətindən Azərbaycana balıq konservlərinin tədarükü dayandırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu qərara ixracat zamanı qeydə alınan pozuntular səbəb olub.

Qeyd olunur ki, "MAPP Çernışevskoye" şirkətinin ümumi həcmi 360 kiloqram olan skumbriya konservlərində istehsalat tarixi baytarlıq şəhadətnaməsində göstərilməyib.

Tədarükün dayandırılması müddəti açıqlanmayıb.