Bağater Arabulinin “Gündüz yuxuları” Azərbaycan dilində


Digərləri 16 Okt 2018 15:09:28 177 0

Bağater Arabulinin “Gündüz yuxuları” Azərbaycan dilində

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış gürcü şairi Bağater Arabulinin “Gündüz yuxuları” şeirlər kitabı işıq üzü görüb.

Bakı. Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – tanınmış gürcü şairi Bağater Arabulinin “Gündüz yuxuları” şeirlər kitabı işıq üzü görüb. Mərkəzdən Trend-ə verilən məlumata görə, gürcü poeziyasının parlaq nümunələrini əks etdirən kitaba şairin lirik etüd, fraq­mentlər, mәnzum hekayә və pritça üslubunda qələmə aldığı şeirləri daxil edilib.