Əksin sahəsini yandıran şəkili məsuliyyətə cəlb olundu


Digərləri 16 Okt 2018 14:30:00 244 0

Əksin sahəsini yandıran şəkili məsuliyyətə cəlb olundu

Sentyabrın 16-da Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb.

DİN-dən Son.az-a verilən məlumata görə, yanğın söndürülüb, xəsarət alan olmayıb.

Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib.

Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Baş Layısqı kənd sakini İdris Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.

Pünhan Mirzə Son.az