Badamdarda son sürüşmə Teleqülləyə təhlükə yaradırmı?


Digərləri 16 Okt 2018 14:38:00 300 0

Badamdarda son sürüşmə Teleqülləyə təhlükə yaradırmı?

Bakının Səbail rayonu, Badamdar qəsəbəsində baş verən sürüşmə Teleqülləyə təsir edə bilməz.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekspedisiya rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə ərazisindəki vəziyyət tam nəzarət altındadır: "Biz həmin ərazini mütəmadi izləyirik. Əraziyə mayaklar qoyulub. Teleqüllənin özü təxminən 20 metrdən çox olan əhəng daşının üzərində inşa olunub, möhkəm əsaslar üzərindədir. Teleqüllənin inşa edildiyi yer düzgün seçilib. Ona görə də, bu sürüşmələrin Teleqüllə üçün heç bir təhlükəsi yoxdur. Həmin ərazidə də hazırda təhlükə yoxdur".