"Bəzi ailələrdə uşaqlara dini xurafata əsaslanan fikirlər aşılanır"


Digərləri 16 Okt 2018 14:23:38 286 0

"Bəzi ailələrdə uşaqlara dini xurafata əsaslanan fikirlər aşılanır"

Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb, lakin qanun layihəsinə "dini xurafat" anlayışının əlavə edilməsini təklif edərdim.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Ə.Amaşovun fikrincə, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafata əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir.

Məktəblərdə "Həyat bilgisi" dərsinin keçirilməsinin müsbət hal olduğunu bildirən deputat vurğulayıb ki, sözügedən dərslikdə İslam dini haqqında düzgün məlumatlar aşılanır: "Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi dini xurafata qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər".