Füzulidə əkin sahəsində zenit top mərmisi tapılıb (FOTO)


Digərləri 16 Okt 2018 14:19:58 245 0

Füzulidə əkin sahəsində zenit top mərmisi tapılıb (FOTO)

Füzuli rayonu, Birinci Zobucuq qəsəbəsi ərazisində mərmi tapılıb.

Bakı. Füzuli rayonu, Birinci Zobucuq qəsəbəsi ərazisində mərmi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, qurumun xüsusi mobil çevik əməliyyat qrupu və Füzuli rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib.