Deputat HİDDƏTLƏNDİ: “3cü sinif dərsliyində erotika var”


Digərləri 16 Okt 2018 14:10:00 275 0

Deputat HİDDƏTLƏNDİ: “3cü sinif dərsliyində erotika var”

Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiyalar var. Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır.

Son.az modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən iclasında "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu gün dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır: "İkinci sinif şagirdinə "Dağlıq Qarabağın qayıdışına inanırsınızmı" kimi suallar verilir. Uşaq isə "yox" deyib, ata da öz uşağını döyüb. Bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar".