Tottenham yeni baş məşqçinin adını açıqladı


İdman 16 Okt 2018 14:17:00 247 0

Tottenham yeni baş məşqçinin adını açıqladı

Baş məşqçi Mauriçio Poçettinin Tottenham-dan gedəcəyi təqdirdə onu kimin əvəzləyəcəyi dəqiqləşib.

Goal.az The Telegraph-a istinadən xəbər verir ki, argentinalının postuna Bournemouth-un baş məşqçisi Eddi Xay gətiriləcək. 2012-ci ildən burada işləyən Eddi komandanı Premyer ilqaya çıxara bilib. Bornmut 8 turdan sonra turnir cədvəlində 6-cı pillədə yer alır. Poçettini ilə yayda Real ciddi şəkildə maraqlanırdı. Lakin Tottenham-ın prezidenti Deniel Levi məşqçini buraxmayacağını bildirmişdi. Argentinalı mütəxəssisin Manchester United-in maraq dairəsində olduğu da deyilir. “Qırmızı şeytanlar” Joze Mourinyonu Poçettini ilə əvəzləyə bilər.