"Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır"


Digərləri 16 Okt 2018 13:50:00 248 0

"Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır"

Badamdar qəsəbəsi, Badamdar şosesindəki kəskin dağ yamacında baş vermiş sürüşmə zonasında yerləşən mövcud tikililər əsas etibarı ilə keçən əsrin 90-cı illərində tikilmiş fərdi yaşayış evləridir. Tikildikdən sonra bu tikililər vətəndaşlar tərəfindən rəsmiləşdirilib.

Son.az-ın məlumatına görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasında deyilir.

Açıqlamaya görə, yamacdakı tikililərin sahibləri və bu tikililəri rəsmiləşdirən şəxslər mövcud landşaftı nəzərə almalı idilər. Bu da onların üzərindən məsuliyyəti kənarlaşdırmır.