Millət vəkili: Dərsliklərdə çoxlu sayda zərərli informasiya var


Digərləri 16 Okt 2018 13:51:00 271 0

Millət vəkili: Dərsliklərdə çoxlu sayda zərərli informasiya var

Dərsliklərdə çoxlu sayda zərərli informasiya var.

Bakı. Elçin Mehdiyev – Dərsliklərdə çoxlu sayda zərərli informasiya var. Bunlar haqqında mətbuat yazır, ekspertlər danışır, amma heç bir addım atılmır. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.