Astarada mənzillərdən oğurluq edən şəxs saxlanılıb


Digərləri 16 Okt 2018 13:58:12 192 0

Astarada mənzillərdən oğurluq edən şəxs saxlanılıb

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən qızıl zinət əşyaları və mobil telefon oğurlayan şəxs saxlanılıb.

Bakı. Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərdən qızıl zinət əşyaları və mobil telefon oğurlayan şəxs saxlanılıb. Saxlanılarkən həmçinin onun üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Astara şəhər sakini R.Heydərov yaşadığı evdən “Samsung” markalı mobil telefonun oğurlanması ilə bağlı RPŞ-yə müraciət edib. Aparılan araşdırmalarla oğurluğu törədən şəxsin əvvəllər Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Elçin Hüseynov olduğu müəyyən edilib və o saxlanılaraq Astara RPŞ-yə gətirilib.