"Taliban"ın növbəti hücumü:


Dünya 16 Okt 2018 13:39:40 279 0

"Taliban"ın növbəti hücumü:

Əfqanıstanın şimalında "Taliban" radikal hərəkatının döyüşçülərinin hücumu nəticəsində 30-dan çox polis əməkdaşı öldürülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, taliblər Samanqan vilayətində nəzarət-buraxılış məntəqəsinə hücum ediblər. Hücum nəticəsində 30-dan çox polis həlak olub. Onların arasında polis rəisinin müavini polkovnik Xvani Tahiri də var.

Taliblərin 8 polis maşını, iki tank və silah-sursat ələ keçirdiyi bildirilir.