Videoları rekord qıran Nahidə "Youtube" qazancını açıqladı


Şou-biznes 16 Okt 2018 13:45:00 361 0

Videoları rekord qıran Nahidə "Youtube" qazancını açıqladı

Gənc müğənni Nahidə Babaşlı Xəzər TV-də yayımlanan 5-də 5 verilişində qonaq olub.

Son.az baku.ws-ya istinadən xəbər  verir ki, verilişin aparıcısı Zaur Kamal müğənnidən Youtube-də nə qədər qazanc əldə etdiyini soruşub. 

Nahidə isə əvvəlcə bu sualdan yayınıb və cavab vermək istəməyib. Ancaq sonradan təkidlərdən sonra müğənni qazancı haqqında danışıb. O bildirib ki, Youtube-da qazanc stabil olmur: "Qazanc bəzən çox, bəzən isə az olur. Elə ay olub ki, 10 min manat qazanc əldə etmişəm".